Təhsil 365 - Logo Mobile

"'Media savadlılığı' fənni informasiya təhlükəsizliyinin əsas dayaqlarından biridir"- Ekspert

19116.10.2025 - 15:50
"'Media savadlılığı' fənni informasiya təhlükəsizliyinin əsas dayaqlarından biridir"- Ekspert

"'Media savadlılığı” fənninin məktəblərdə tədrisi bu gün qlobal informasiya təhlükəsizliyinin əsas elementlərindən biri hesab olunur. XXI əsrdə informasiya axınının misilsiz dərəcədə artması gənclərin saxta xəbərlər, manipulyativ məzmun və kibertəsirlər qarşısında daha müdafiəsiz qalmasına səbəb olur."

Mövzu haqda “Tehsil365”ə media üzrə tədqiqatçı Nicat Abdullayev açıqlama verib. O bildirib ki:

“Bu səbəbdən bir çox ölkələr xüsusilə də Finlandiya, Estoniya, Kanada və Yaponiya “media və informasiya savadlılığı”nı təhsil sisteminin tərkib hissəsinə çevirərək uşaqlarda tənqidi düşünmə, etibarlı mənbəni tanıma və məsuliyyətli paylaşma bacarıqlarını formalaşdırıblar.”

Ekspertin sözlərinə görə, bu istiqamət Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışında informasiya təhlükəsizliyini və dövlətlərin informasiya müstəqilliyinin qorunmasını milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi qiymətləndirməsi bu mövzunun aktuallığını daha da artırır.

Nicat Abdullayev qeyd edib ki, “Media savadlılığı” fənninin tədrisi yalnız şagirdlərin rəqəmsal məkanda düzgün davranışını formalaşdırmaqla kifayətlənmir, eyni zamanda ölkənin informasiya suverenliyini və milli ideoloji təhlükəsizliyini gücləndirən mühüm maarifləndirici prosesdir.

Zülfiyyə Məmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...