Təhsil 365 - Logo Mobile

Bərdə şəhərində direktor müavinlərinin hesabatı dinlənilib

11416.10.2025 - 18:26
Bərdə şəhərində direktor müavinlərinin hesabatı dinlənilib

Bərdə şəhərində yerləşən bir neçə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin hesabatı dinlənilib

Tehsil365” xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən Bərdə şəhərində yerləşən ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin hesabat iclası keçirilib.

Tədbirdə məktəblərdə təlim-tərbiyə istiqamətində görülmüş işlər, şagirdlərin diaqnostik qiymətləndirmə nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat zamanı tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin təlim nailiyyətlərinin artırılması, tərbiyə işinin səmərəliliyinin təmin olunması və məktəbdaxili nəzarətin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Sonda müvafiq tövsiyələr verilib, müavinlərin fəaliyyəti üzrə təkliflər səsləndirilib.


Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...