2026-cı il üçün Mərakeş hökuməti büdcə planında sağlamlıqla yanaşı təhsili də yüksək prioritetlərdən biri elan edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Maliyyə naziri Nadia Fettah Alaoui bildirib ki, cari hallarda ümumi dövlət büdcəsinin təxminən 9 %-i bu sahələrə ayrılır, amma regionlararası xidmət və infrastrukturdakı fərqləri aradan qaldırmaq üçün xərclərin artırılması planlaşdırılır. Xüsusilə dağlıq və oazis bölgələrində məktəblər üçün xidmət göstəricilərinin yüksəldilməsi hədəflənir.