Alberta müəllimləri yeni əmək müqaviləsi ilə bağlı hökumətlə razılığa gələ bilmədikləri üçün etiraza çıxıblar.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Etiraz artıq ikinci həftəni tamamlayır və bu müddətdə 700.000-dən çox şagird məktəblərdə dərslərə qatılmır. Müəllimlər maaş artımı, siniflərin çoxluğu, xüsusi ehtiyacı olan tələbələr üçün əlavə resurslar və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər. Hökumət 3 il ərzində 3.000 yeni müəllim işə götürmək və maaşlarda 12 % artım təklif edib, amma bu addımlar müəllimlərin tələblərini tam ödəmədiyindən tərəflər arasında anlaşma hələlik yoxdur.