Kanada universitetləri ötən illərdə hökumət yardımlarının sabit qalması və gəlirlərin azalması üzündən maliyyə təzyiqləri ilə üzləşirlər.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
COVID-19 pandemiyasının təsirləri, inflyasiya və artan əməliyyat xərcləri universitetlərin büdcələrini sıxlaşdırıb. Universitetlər beynəlxalq tələbələrin gətirdiyi gəlirlərə böyük ümid bağlayır, lakin vizaların, yaşayış şəraitinin və qəbul siyasətlərinin dəyişməsi bu axını risk altına salır. Bu şəraitdə universitetlər təhsil haqlarını yenidən gözdən keçirir, tədqiqat və innovasiya təşəbbüslərini artırmaq, maliyyə modellərini diversifikasiya etmək və etibarlı gəlir mənbələri tapmaq istiqamətində çalışırlar.