Təhsil 365 - Logo Mobile

Berlin “Flex-Master” müəllim magistr proqramını təqdim edir

12717.10.2025 - 09:39
Berlin “Flex-Master” müəllim magistr proqramını təqdim edir

Berlin universitetləri və təhsil idarəsi 2026/2027-cü akademik semestrdən etibarən “Flex-Master” adlı yeni magistr proqramını işə salmaq qərarı veriblər.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Proqram müəllim olmaq istəyən, amma eyni zamanda məktəbdə işləyən şəxslərə uyğunlaşdırılıb onlar həm işləyəcək, həm də magistr dərəcəsini oxuyacaq. Proqramın üçüncü magistr semestrində tələb olunan praktik mərhələ məktəbdə işləməklə bərabər həyata keçiriləcək.

Flex-Master proqramının yaradılmasının əsas səbəbləri arasında Berlinin yüksək yaşayış xərcləri və müəllim çatışmazlığı durur. Təhsil idarəsi bildirir ki, bu yeni model müəllimliyi daha cazibədar edəcək və gənclərin bu peşəyə yönəlməsini asanlaşdıracaq.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...