Təhsil 365 - Logo Mobile

2026-cı ilin təhsil büdcəsi artırılır, amma müəllimlər narazıdırlar

12617.10.2025 - 09:56
2026-cı ilin təhsil büdcəsi artırılır, amma müəllimlər narazıdırlar

Fransanın 2026-cı il üçün təhsil büdcəsi layihəsində kiçik artım nəzərdə tutulub büdcə 200 milyon avro artırılaraq 64,5 milyard avroya çatdırılacaq.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bu artıma rəğmən müəllimlər və təhsil sindikatları bunu yetərsiz hesab edir; inflyasiya və yaşayış xərclərinin yüksəlməsi səbəbindən maaşlarda və yaşayışda real artım hiss olunmur.

Büdcədə müəllim qəbulunda da islahat planlaşdırılır müəllim olmaq üçün tələb olunan təhsil səviyyəsi magistr dərəcəsindən (bac+5) bakalavr səviyyəsinə (bac+3) endiriləcək, və bakalavrı bitirənlər üçün müəllim hazırlığı ili daxil ediləcək.

Ali təhsil və tədqiqat üçün ayrılan maliyyə 2026-cı ildə bir qədər artırılaraq 31,25 milyard avro olacaq.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...