Təhsil 365 - Logo Mobile

Füzuli şəhərinin işğaldan azad olunması məktəblərdə qeyd olunub

8117.10.2025 - 07:40
Füzuli şəhərinin işğaldan azad olunması məktəblərdə qeyd olunub

Şabran rayon Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbdəFüzuli Şəhəri Günü qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 17 oktyabr — Füzuli şəhərinin işğaldan azad edildiyi gün kimi qeyd olunur.

İşğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Füzuli şəhərində də “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Yenidən qurulan Füzuli şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Hazırda bu baş plana uyğun olaraq şəhərin bərpası sürətlə davam edir və artıq 2024-cü ildə ilk sakinlər müasir infrastruktura malik, tarixi izlərini və təbii gözəlliyini qoruyan yeni Füzuliyə qayıdıblar.

Bu əlamətdar gün münasibətilə məktəbin tarix fənn müəllimləri — İslamova Günel, Məmmədova Hürü və Osmanova Natəvan tərəfindən 9b, 9 c və 10 a siniflərində “Füzuli şəhər günü” adlı maarifləndirici dərs keçirilib.

Sevinc Yarməmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...