Goranboy rayonunda "Sağlam həyat tərzini seçək!" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, 17 oktyabr Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Rayon Polis Şöbəsi, Goranboy Gənclər evi SXM və Goranboy Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə Tatarlı kənd tam orta məktəbin akt zalında "Sağlam həyat tərzini seçək!" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən natiqlər tütün, alkoqol və narkotik vasitələrin cəmiyyətimiz üçün yaratmış olduğu təhlükələrdən bəhs edərək, onların zərərləri barədə gənclərə geniş məlumat veriblər.
Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş olundu və gəncləri maraqlandıran suallar cavablandırılıb.