Təhsil 365 - Logo Mobile

Samuxda “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş atletika turniri keçirilib

10617.10.2025 - 16:38
Samuxda “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş atletika turniri keçirilib

17 oktyabr 2025-ci il tarixində Samux şəhər Parkında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş atletika üzrə 100 metr qaçış turniri keçirilib. Tədbir Samux rayonu üzrə Gənclər və İdman sektoru ilə Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Tehsil365” xəbər verir ki, turnirin açılış mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Xəlilova, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə sektor müdiri Rasim İmamquliyev, Təhsil sektorunun baş məsləhətçisi Etibar Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Turnirin keçirilməsində məqsəd dövlət müstəqilliyimizin bərpasının əhəmiyyətini gənclərə aşılamamaq, atletika idman növünə marağı artırmaq və sağlam həyat tərzini təbliğ etmək olub. Yarışda 10 məktəbdən 20 nəfər gənc iştirak edib.

Nəticələrə əsasən:

1-ci yer – Qarağaclı qəsəbə tam orta məktəbin komandası

2-ci yer – Alıuşağı kənd tam orta məktəbin komandası

3-cü yer – Ağasıbəyli kənd tam orta məktəbin komandası

Qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunub.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...