Təhsil 365 - Logo Mobile

Kəndirlə mübarizə milli idman növü üzrə Laçın rayon birinciliyi təşkil olunub

10417.10.2025 - 16:46
Kəndirlə mübarizə milli idman növü üzrə Laçın rayon birinciliyi təşkil olunub

"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunan U-19 yeniyetmələr (oğlanlar) arasında yarış oktyabrın 17-də Laçın rayonu üzrə gənclər və idman, rayon Təhsil sektorlarının birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.

Təhsil365” xəbər verir ki, Laçın rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Orxanpaşa İbadov yarışı açıq elan edərək iştirakçılara uğurlar arzu edib.

Yekun nəticəyə əsasən:

1-ci yer - Çıraqlı kənd tam orta məktəb

2-ci yer - Laçın rayon 21 nömrəli tam orta məktəb

3-cü yer - Aşağı Cicimli kənd tam orta məktəb

Qalib komandalar Regional İdarənin medal və diplomları ilə təltif olunublar.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...