Təhsil 365 - Logo Mobile

Ukraynada “Təhsildə Dürüstlük” strategiyası hazırlanır

11618.10.2025 - 08:09
Ukraynada “Təhsildə Dürüstlük” strategiyası hazırlanır

Ukrayna Milli Antikorrupsiya Bürosu 2026–2030-cu illər üçün təhsildə dürüstlüklə bağlı strategiyanı təqdim edib.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bu strategiya çərçivəsində “Dürüstlük və Təhsil: Yeni Rəhbər Prinsiplər” adlı forum oktyabrın 30-da keçiriləcək. Forum məktəb, peşə və ali təhsil pillələrində sistemli dəyişikliklərin müzakirə edilməsi üçün platforma olacaq.

Strategiyada yer alan əsas istiqamətlər bunlardır:

ümumtəhsil səviyyəsində dürüstlük və etik təhsilin tətbiqi;peşəkar və ali təhsildə dürüstlük mədəniyyətinin yaradılması;təhsil sahəsində qrant və fond layihələrinin şəffaflığı;

“Dürüstlük Mərkəzi” məktəblərinin qabaqcıl təcrübələrinin yayılması.

Bu addım Ukraynanın təhsil sistemində etik standartların yüksəldilməsi və korporativ davranışın azaldılması məqsədilə atılan vacib addımlardan biridir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...