Türkmənistanın Təhsil Nazirliyi və UNICEF ortaq işlə pilot məktəblərdə və uşaq bağçalarında inklüziv təhsilin tətbiqini genişləndirmək qərarına gəliblər.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məqsəd əlilliyi olan uşaqlar və xüsusi təhsil ehtiyacı olan şagirdlərin müstəqil, normal sinif mühiti daxilində təhsil almalarını təmin etməkdir.
Layihə çərçivəsində sentyabrın 14-20-də müəllimlər və məktəb rəhbərləri üçün beynəlxalq və milli ekspertlər tərəfindən inklüziv təhsil metodları üzrə təlimlər keçirilib. Məktəblər adaptiv mebel (tənzimlənən masalar və stullar) ilə təmin edilir və valideynlər təhsil prosesinə daha fəal daxil edilir.
Bundan başqa, pilot müəssisələrdə individual təhsil planlarının hazırlanması və fiziki infrastrukturun əlçatanlığının qiymətləndirilməsi işləri aparılır. Bu dəyişikliklər sistemli olaraq uşaqların bərabər əsaslara təhsilə çıxışını artırmaq məqsədi güdür.