Təhsil 365 - Logo Mobile

Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib

9119.10.2025 - 07:43
Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib

Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.

‘’Tehsil365’’ bildirir ki, Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq (GÇHH) rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi təşkil edilir.

Müsabiqədə namizədlərə ümumilikdə 30 test sualı təqdim olunub. Onlardan 20-si ixtisas üzrə, 10-u isə informasiya-kommunikasiya texnologiyaları (İKT) və məntiqi təfəkkür bacarıqları istiqamətində olub.

İmtahan mərhələsi namizədlərin peşə biliklərinin, analitik düşünmə qabiliyyətlərinin və müasir texnologiyalardan istifadə bacarığının qiymətləndirilməsinə yönəlib.

Namizədlər imtahan mərhələsini uğurla keçdikdən sonra müsahibə mərhələsində iştirak edərək ixtisas üzrə bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar.


Sevinc Yarməmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...