Təhsil 365 - Logo Mobile

Yunanıstan məktəblərində süni intellekt pilotu “AI in Schools” dekabrdan başlayır

12719.10.2025 - 08:24
Yunanıstan məktəblərində süni intellekt pilotu  “AI in Schools” dekabrdan başlayır

Yunanıstanın Təhsil Nazirliyi 2025-ci il oktyabrında“AI in Schools” adlı pilot proqramın dekabr ayında başlanacağını açıqlayıb.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Proqram çərçivəsində 20 orta və ali məktəb (orta və lisey pillələri) bu ildən başlayaraq yeni təhsil alətləri ilə təchiz olunacaq.Bu alətlərin mərkəzində isə OpenAI tərəfindən hazırlanan və təhsildə istifadə üçün uyğunlaşdırılmış “ChatGPT Edu” modeli dayanır. Şagirdlər və müəllimlər üçün təhlükəsiz, reklamsız və müəllim nəzarəti altında istifadə ediləcək versiya nəzərdə tutulub.

Pilot proqramın mərhələləri belə planlaşdırılıb:

Oktyabr-Noyabr 2025: müəllimlər üçün təlim və hazırlıq

Dekabr 2025-Fevral 2026: müəllimlərin sinifdə AI alətləri ilə dərs keçməsi

Mart-İyun 2026: şagirdlərin alətləri istifadə etməyə başlaması

2026-2027-ci tədris ilindən isə ölkə üzrə genişlənmə.

Təhsil naziri Sofia Zacharaki bildirib ki, məqsəd süni intellekti təhsildə müəllimin yerinə deyil, müəllimin “yoldaşı” – yardımçısı kimi görməkdir. O vurğulayıb ki, etik və təhlükəsizlik məqamları proqramın əsas hissəsini təşkil edir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...