Braziliya Təhsil Nazirliyi 2025‑ci ilin oktyabrında “Açıq Məktəblər üçün Texnologiya” adlı yeni layihəni təqdim edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Layihənin məqsədi ölkənin orta məktəb şəbəkəsində rəqəmsal alətlərin istifadəsini artırmaq, müəllim və şagirdlər üçün daha çevik tədris imkanları yaratmaqdır.
Layihə çərçivəsində:Pilot mərhələdə 50 məktəb rəqəmsal dərs platformaları ilə təchiz olunacaq;
Müəllimlər üçün xüsusi təlim proqramları təşkil ediləcək;
Şagirdlər üçün onlayn resurslar, interaktiv dərs vəsaitləri və virtual laboratoriyalar hazırlanacaq;
Məqsəd tələbələrin texnologiya bacarıqlarını artırmaq və distant təhsilə uyğunlaşdırmaqdır.
Layihə həmçinin sosial bərabərliyi təmin etmək üçün az gəlirli bölgələrdəki məktəbləri prioritetləşdirir və bütün prosesin monitorinqi Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.