Təhsil 365 - Logo Mobile

Bölgələrdə müəllim çatışmazlığı davam edir

9419.10.2025 - 10:50
Bölgələrdə müəllim çatışmazlığı davam edir

Azərbaycanda son illərdə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilsə də, bölgələrdə müəllim çatışmazlığı problemi hələ də aktuallığını qoruyur.

“Tehsil365”ə açıqlamasında təhsil eksperti Kamran Cəfərov bu məsələni ölkənin təhsil siyasətində əsas prioritetlərdən biri adlandırıb.

Ekspertin sözlərinə görə, bəzi kənd məktəblərində bir müəllim eyni vaxtda bir neçə fənni tədris etməyə məcbur qalır, bu isə həm müəllimin, həm də şagirdin işini çətinləşdirir:

“Belə vəziyyətlərdə tədrisin səviyyəsi düşür, çünki müəllim yüklənir, şagird isə fərdi yanaşmadan məhrum qalır,” – deyə Cəfərov qeyd edib.

O bildirib ki, bölgələrdə gənc müəllimləri saxlamaq üçün mənzil təminatı, maaş əlavələri və sosial güzəştlər kimi stimullaşdırıcı mexanizmlər tətbiq olunmalıdır:

“Təhsilin bərabər inkişafı üçün region müəllimlərinə xüsusi diqqət göstərilməlidir. Müəllimə dəyər vermədən keyfiyyətli təhsil sistemi qurmaq mümkün deyil,” – deyə ekspert vurğulayıb.

Aydan Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...