Aqressiv davranışlar istənilən yaş qrupuna mənsub uşaqlarda özünü büruzə verə bilər.
“Tehsil365”xəbər verirki, bu davranışlar ilk növbədə qıcıqlanma, qəzəb kimi mənfi emosiyaların ifadəsinə xidmət edir. Belə davranışı müşahidə edən uşaq onu lazımlı hesab edir.
Ondan sonrakı dövr isə şəxsiyyətin korreksiyası adlanır. Uşağın şəxsiyyətinin formalaşmasında ətrafın uşağa münasibəti və bir-birlərinə olan münasibəti çox önəmli faktordur. Çünki, hər bir uşaq gördüyünü götürür. Ətrafın ona münasibətilə onun xarakterini bir kərpic kimi formalaşdırır. Bu sonra güzgü kimi uşağın valideynləri və ətrafı ilə münasibətində özünü büruzə verir. Əgər uşaqda hər hansı aqressiya varsa, deməli, burada hansısa çatışmazlıqdan irəli gəlir. Uşağın şəxsiyyətinin formalaşmasında hər hansı nöqsanlara yol verilib. Adətən uşaqlarda aqressiya özünə inamsızlıqdan və özünü təsdiq edə bilməməkdən yaranır. Yəni valideyn uşağı anlamır və bu da onda aqressiya yaradır.

