Təhsil 365 - Logo Mobile

“Mən düşünürəm ki, yeni texnologiyalar şagirdlərin düşünmə qabiliyyətini, təfəkkür çevikliyini və yaradıcılıq bacarığını artırır”-ekspertdən açıqlama

10420.10.2025 - 19:15
“Mən düşünürəm ki, yeni texnologiyalar şagirdlərin düşünmə qabiliyyətini, təfəkkür çevikliyini və yaradıcılıq bacarığını artırır”-ekspertdən açıqlama

Dünyanın sürətlə dəyişməsi və texnologiyaların inkişafı təhsil sisteminə də təsir göstərib — artıq şagirdlər informasiya əldə etməkdə müəllimlərdən belə daha çevik və müasir düşüncəli olublar.

Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti Məzahir Məmmədli açıqlama verib.O bildirib ki, artıq dünya dəyişir, yeni texnologiyalar meydana gəlir. Təlim nəticələri də onu göstərir ki, indiki yetişən nəsil artıq ona dərs deyən müəllimdən belə, müəyyən mənada, bir addım öndə gedir. Niyə? Çünki yeni texnologiyalardan istifadə etməklə artıq bütün dünyanı öz “ovucuna” alıb — yəni smartfon, planşet və digər vasitələrlə məlumatlara çox asanlıqla çıxış əldə edir.

“Artıq bu nəsil özünün yeni düşüncə tərzi ilə informasiyanı daha tez əldə etmək imkanı qazanır. Məsələn, əgər yeni bir texnika və ya ixtira yaranıbsa, ola bilsin ki, şagird onun haqqında müəllimdən daha tez məlumat tapa bilir.”

O qeyd edib ki, ona görə də bu gün şagirdlərin dərsi mənimsəmə və məlumat əldə etmə imkanları daha genişdir. Təəssüf ki, hələ də köhnə texnologiyalarla, ənənəvi üsulla dərs keçən müəllimlər qalır.

Nəticə olaraq bildirib ki, mən düşünürəm ki, yeni texnologiyalar şagirdlərin düşünmə qabiliyyətini, təfəkkür çevikliyini və yaradıcılıq bacarığını artırır.

Elnarə Həmidli

Новостная лента

На данный момент новостей в ленте нет...