Təhsil 365 - Logo Mobile

Abbasova Xədicə:"Uşaqlıq —insan ömrünün ən saf və qayğısız dövrüdür"

11720.10.2025 - 19:50
Abbasova Xədicə:"Uşaqlıq —insan ömrünün ən saf və qayğısız dövrüdür"

Uşaqlıq — insan ömrünün ən saf və qayğısız dövrüdür. O illərdə hər şey daha rəngarəng, hər gün isə bir macəra kimi görünür.

Uşaqlıqda insanın ən böyük dərdi oyuncağının sınması, ya da dostunun inciyib getməsidir. Həyatın sadəliyi və təmizliyi o illərdəki gülüşlərdə gizlidir. Böyüdükcə anlayırıq ki, uşaqlıq heç vaxt geri qayıtmayan ən gözəl xəzinə imiş. O xatirələr bizi hər zaman içdən-isitən bir günəş kimi müşayiət edir.

Uşaq vaxtı həyətdə oynayıb,tərləyib su istədiyim zaman ya nənəmi çağırıb mənə su göndərməyini istərdim yada ki özüm evə qalxıb su ilə dolu qrafinkanı stəkana doldurub ləzzətlə içərdim.

O vaxtlar düşünürdük ki,hər şey elə olduğu kimidə qalacaq.Həmişə ki,məhlə eyni insanlar həyatımızda olacaq və biz yenə gizlənqaç,ortadaqaldı,bənövşə və başqa oyunları oynaya biləcəyik.Amma bu heçdə elə olmadı.Məhz həmin uşaqlıq bir göz qırpımında həyatımızdan yox olub getdi.Uşaq vaxtı böyüklərə baxıb tez böyüməyimizi istəyirdik,ancaq bilmirdik ki,böyüdükcə uşaqlıq da bir növ yox olur. Sanki özümüz onu geridə qoyuruq.Düşünürdüki ki,böyümək uşaq olmaq kimi asandır.Nə bilərdik ki,böyüdükcə artarmış problemlərimiz.

Uşaqlığı yalnız dostluqda ,inciklikdə görmürdük .Biz uşağlığı yeməyə çubuq alarkən onu yoldaşlarımızla bölüşməkdə görürdük. Biz uşağlığı anamızdan 30 qəpik alıb qaçaraq marketdən cipsi almaqda görürdük.

Uşaqlıq elə bir dövrdür ki, insan o vaxtların qədrini böyüyəndə bilir. Hər səhər oyandıqda tək dərdimiz dərsə gecikmək idi. Qonşunun həyətində gizlənqaç oynayardıq, palçıqdan “tort” hazırlayardığ, hər şey bizə həqiqi gəlirdi. O günlərin səmimiyyəti, o gülüşlər indi yadımıza düşəndə həm sevinirik, həm də bir az kövrəlirik. Heç bir qayğı yox idi, həyat sadəydi, amma xoşbəxtlik doluydu. İndi düşünürəm ki, uşaqlıq elə həyatın ən gözəl payıdır — bir dəfə yaşanır, amma ömür boyu yadda qalır.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...