İtaliyanın paytaxtı Romada Təhsil Nazirliyi tərəfindən yeni “İqlim Şüuru və Davamlı Gələcək” adlı proqram rəsmi olaraq tətbiq olunub.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Proqramın məqsədi gənclərin ətraf mühitə olan münasibətini dəyişmək və iqlim dəyişikliyi ilə bağlı elmi bilikləri məktəb tədrisinə daxil etməkdir.
Yeni dərs planına görə:Orta məktəblərdə “İqlim Elmləri” adlı yeni fənn 2026-cı ildən məcburi olacaq.
Şagirdlər bərpa olunan enerji, tullantıların azaldılması və ekosistem qorunması mövzularında layihələr hazırlayacaqlar.
Universitetlərlə əməkdaşlıq çərçivəsində müəllimlər üçün ixtisasartırma kursları təşkil ediləcək.
Layihə UNESCO və Avropa İttifaqının təhsil və iqlim dəyişikliyi proqramları ilə əlaqələndirilir.
Rəsmilər bildiriblər ki, bu təşəbbüs İtaliyanın 2030-cu ilə qədər “yaşıl təhsil modeli”nə keçid planının bir hissəsidir.