Təhsil 365 - Logo Mobile

İspaniya VET sistemində süni intellektə yönəlmiş modernləşmə həyata keçirir

12421.10.2025 - 09:55
İspaniya VET sistemində süni intellektə yönəlmiş modernləşmə həyata keçirir

İspaniyanın Təhsil, Peşə­təhsil və İdman Nazirliyi (Ministerio de Educacion, Formacion Profesional y Deportes) 2025-ci ilin fevralında qəbul edilmiş “Royal Decree 69/2025” vasitəsilə peşə­təhsil və təlim sisteminin (VET) əsaslı modernləşməsinə start verib.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.


Bu islahatın əsas istiqamətləri bunlardır:Peşə­təhsilin (VET) proqramları üçün yaratılan yeni peşə sahələri arasında süni intellekt (AI) və məlumat analiti­kası (data) əsas yer alıb. Nazirlik iştirakçılara bu sahələr üzrə hazırlıq üçün imkanlar yaradacağını bildirir.

Sistemdə istifadə olunan rəqəmsal qeydiyyatlar və registrlər (məsələn, VET sənədlərinin milli qeydiyyatı, peşə kompetensiyalarının akkreditasiyası) genişləndirilib və əlaqələndirilib.

İspaniya hökuməti bu modernləşməyə 6,5 milyard avrodan artıq vəsait ayırıb və təxminən 376 000 yeni peşəyerləşdirmə yerinin yaradılmasını hədəfləyir.

Bu dəyişikliklər İspaniyanın əmək bazarının tələblərinə uyğunlaşmasını gücləndirmək və şagirdləri rəqəmsal və süni intellekt bacarıqları ilə silahlandırmaq məqsədi daşıyır.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...