Təhsil 365 - Logo Mobile

"Dünya ədəbiyyatının dəyərli nümunələri rus dilində yazılmışdır"

20021.10.2025 - 15:30
"Dünya ədəbiyyatının dəyərli nümunələri rus dilində yazılmışdır"

“Müasir dünyada çoxdilli bilik, həm şəxsi inkişaf, həm də cəmiyyətin tərəqqisi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanda rus dili uzun illərdir ki, əsas ünsiyyət vasitələrindən biri kimi istifadə olunur və bu gün də ölkədə əhəmiyyətini qoruyub saxlayır”

Təhsil365”ə 141nömrəli məktəbin müəllimi Qasımova Fatma açıqlama verib. O bildirib ki,rus dili həm əsas, həm də ikinci xarici dil kimi geniş şəkildə tətbiq olunur ki, bu da onun strateji, mədəni və sosial əhəmiyyətini artırır.

“İlk növbədə, rus dili keçmiş Sovet İttifaqı ölkələrinin bir çoxunda olduğu kimi, Azərbaycanda da uzun müddət dövlət dili funksiyasını yerinə yetirmişdir. Bu səbəbdən, ölkədə rus dilində danışanların sayı az deyil və dilə olan maraq bu gün də yüksəkdir. Bir çox ailələrdə rus dili ana dili kimi qorunub saxlanılır, həmçinin təhsil müəssisələrində rus bölmələri fəaliyyət göstərir. Bu amil rus dilinin Azərbaycanda əsas xarici dil kimi qəbul olunmasına səbəb olur.”

“Digər tərəfdən, rus dili beynəlxalq səviyyədə də əhəmiyyətli yer tutur. MDB ölkələri arasında iqtisadi, mədəni və siyasi əlaqələrin qurulmasında rus dili mühüm rol oynayır. Azərbaycan sahibkarları, diplomatları və tələbələri üçün rus dilini bilmək, bu əlaqələrdə uğur qazanmaq üçün böyük üstünlükdür.”

“Bu səbəbdən rus dili ikinci xarici dil kimi məktəblərdə və universitetlərdə tədris olunur.”

Onun sözlərinə görə:”Rus dili zəngin ədəbi və elmi irsə malikdir. Dünya ədəbiyyatının dəyərli nümunələri rus dilində yazılmışdır və bu əsərlərlə orijinal dilində tanış olmaq böyük intellektual qazancdır. Azərbaycanlı tələbələr və ziyalılar üçün rus dili vasitəsilə bu mənbələrə çıxış imkanı təhsil və elmi fəaliyyət baxımından da çox önəmlidir.”

“Sonda qeyd etmək olar ki, Azərbaycanda rus dilinin əsas və ikinci xarici dil kimi tətbiqi, ölkənin çoxmədəniyyətli və çoxtərəfli inkişaf siyasətinə uyğun gəlir. Bu, gənc nəslin daha savadlı, dünyagörüşlü və rəqabətqabiliyyətli yetişməsinə şərait yaradır. Rus dilini bilmək, həm fərdi, həm də ictimai səviyyədə böyük üstünlüklər qazandırır və bu dilin öyrənilməsi ölkənin beynəlxalq arenadakı mövqeyini də gücləndirir”

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...