Təhsil 365 - Logo Mobile

Braziliyada rəqəmsal məktəblər üçün pilot layihə başlandı

12622.10.2025 - 09:08
Braziliyada rəqəmsal məktəblər üçün pilot layihə başlandı

Braziliyanın Təhsil Nazirliyi, UNESCO və Huawei şirkəti birlikdə “Technology-enabled Open Schools for All” adlı pilot layihəni işə salıblar.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Layihə şimal və şimal-şərq bölgələrindən, xüsusilə Bahia və Pará ştatlarında keçirilir.

Layihənin əsas məqamları:Məktəblərə internet infrastrukturu və günəş enerjisi sistemləri təqdim ediləcək.

Müəllimlər üçün texnologiya üzrə təlim proqramları təşkil ediləcək bu təlimlərdə “yaşıl rəqəmsal təhsil” və süni intellekt sahələri də yer alacaq.

Siniflər rəqəmsal cihazlarla təmin olunacaq və virtual tədris resursları hazırlanacaq.

Layihə təhsilin rəqəmsallaşması və az xidmət göstərilmiş bölgələrdə bərabər çıxış imkanlarının artırılması məqsədi daşıyır.

Bu pilot mərhələ 2025-ci ilin sonunda tamamlanması planlaşdırılır və nəticələr əsasında layihənin ölkə üzrə genişlənməsi gözlənilir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...