Təhsil 365 - Logo Mobile

London məktəblərində valideynlərin idman yarışlarına iştirakı qadağan edilib

12622.10.2025 - 09:34
London məktəblərində valideynlərin idman yarışlarına iştirakı qadağan edilib

Londonun cənub-qərbində yerləşən Merton School Sport Partnership adlı məktəb idmanı birliyi, təxminən 40-dan çox ibtidai məktəbi əhatə edir.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bu təşkilat valideynləri gündüz vaxtı keçirilən məktəb idman yarışlarından kənarlaşdırıb. Qərar valideynlərin yarış xətlərində maneə törətməsi, hakimlərə və şagirdlərə qarşı aqressiv davranışlar və icazəsiz məşqçi roluna girmələri ilə əlaqədar verilib.

Beləliklə, futbol, xokkey və gimnastika yarışları kimi tədbirlərdə valideynlərin iştirakına məhdudiyyət qoyulub əvvəl bu valideynlər parkda və ya idman komplekslərində yarışlara daxil ola bilirdilər.

İcraçı direktor Nicola Ryan bildirib ki, bu qərar uşaqların rifahı və ədalətli rəqabət mühitinin qorunması məqsədilə verilib. Londonun bölgəsində yaşayan valideynlər arasında “Bəzi valideynlərin davranışları uşaqların təcrübəsinə mənfi təsir göstərir” kimi narahatlıqlar müşahidə edilib.

Təşkilatın rəhbərliyi bu qərarın müvəqqəti olduğunu və valideyn-məktəb əməkdaşlığının inkişafı ilə gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyini bildirir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...