Təhsil 365 - Logo Mobile

Fransanın 2026-ci il təhsil büdcəsi az da olsa artırılır

12822.10.2025 - 09:57
Fransanın 2026-ci il təhsil büdcəsi az da olsa artırılır

Fransa hökuməti 2026-cı il üçün təhsil sahəsinə ayrılan büdcəni 200 milyon avro artıraraq 64,5 milyard avro səviyyəsinə çatdırıb.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Büdcə artımına baxmayaraq, müəllimlər və təhsil təşkilatları artımın inflyasiyanı aradan qaldırmaq üçün kifayət etmədiyini bildirirlər.

Büdcə layihəsində müəllim işə qəbulu sahəsində də islahat planlaşdırılıb: bakalavr dərəcəsindən (bac+3) müəllim hazırlığına keçid, həmçinin bir il təcrübəyə əsaslanan yeni sistem nəzərdə tutulur.

Ali təhsil və tədqiqat üçün ayrılan vəsait isə artaraq 31,25 milyard avro olacaq.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...