Təhsil 365 - Logo Mobile

İstiqlal Muzeyində tədbir - Cəbhədən fotolarla Çanaqqala döyüşləri

9722.10.2025 - 16:00
İstiqlal Muzeyində tədbir - Cəbhədən fotolarla Çanaqqala döyüşləri

Oktyabrın 22-də Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkənin Bakıdakı səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib.

Tehsil365“ "AZƏRTAC”a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə qonaqlar “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisinə baxıblar. Sərgidə Çanaqqala döyüşlərinin gedişatını, əsgərlərin qəhrəmanlığını əks etdirən arxiv fotoşəkillər nümayiş olunub.

Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbir iki qardaş ölkə - Azərbaycan və Türkiyənin ortaq tarixi yaddaşını, qəhrəmanlıq ənənələrini və milli mübarizə ruhunu bir daha xatırlatmaq məqsədi daşıyır.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun müdiri Gökhan Seyhan, Çanaqqala Müharibələri Gelibolu Tarixi Ərazi İdarəsinin sədri İsmayıl Kaşdemir, Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən və Çanaqqala savaşında qazanılmış tarixi zəfərdən bəhs ediblər.

Çıxış edənlər vurğulayıblar ki, Çanaqqala zəfəri təkcə Türkiyə xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir. Bu döyüşlər həm qardaşlığın, həm də birliyin sarsılmaz təcəssümüdür. Bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə dayaq olub, bu gün də eyni amal uğrunda birgə irəliləyirlər.

Tədbirdə, həmçinin şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.

Sonra tədbir panel hissə ilə davam edib.

Alsu İsmayılova

Новостная лента

На данный момент новостей в ленте нет...