Təhsil 365 - Logo Mobile

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın nəticələri açıqlanıb

8122.10.2025 - 16:15
“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın nəticələri açıqlanıb

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində təşkil olunmuş müsabiqənin nəticələrinə dair oktyabrın 22-də Bakı Dost Mərkəzində mətbuat konfransı keçirilib.

Tehsil365” “AZƏRTAC”a istinadla xəbər verir ki, konfransda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət və yaradıcı sənayeləri üzrə sistemli və əsaslı fəaliyyətə Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə başlanıldığını bildirib. Həmin sərəncamla təsdiq edilmiş 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında bu sahənin dinamik inkişafının təmin edilməsi, ixrac potensialının gücləndirilməsi istiqamətində öz əksini tapan nəticə indikatorların bu sahədə əsas hədəflər kimi müəyyən edilib.

Səadət Yusifovanın sözlərinə görə, bu tendensiyaları Azərbaycanda da tətbiq etmək məqsədilə əsas prioritetlər dayanıqlı inkişafın təmin olunması, insan kapitalının gücləndirilməsi və ixrac imkanlarının artırılmasıdır. Bu istiqamətdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayının 5 faiz, mədəni və yaradıcılıq sənayesinin ÜDM-də payının 10 faiz, ixrac göstəricilərinin isə 10 faiz artırılması planlaşdırılır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq platformalarında iştirak edənlərin sayının 10 faiz artırılması qarşıya məqsəd qoyulub.

Səadət Yusifova bildirib ki, strategiyanın tədbirlər planında müasir və rəqabətədavamlı yaradıcılıq sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının, eləcə də xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə əsas icraçı qurum isə Mədəniyyət Nazirliyidir.

Mədəni və yaradıcılıq sənayesi subyektlərindən min nəfərin bacarıqlarının artırılması, onların sertifikatlaşdırılması, 60 nəfərin isə xaricdə təhsil alması planlaşdırılıb. Bununla yanaşı, xüsusi təhsil proqramlarının yaradılması da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Səadət Yusifova qeyd edib ki, bu tədbirlər vasitəsilə sektorun davamlı inkişafına və Azərbaycanın beynəlxalq bazarlarda mövqelərinin möhkəmlənməsinə nail olunması nəzərdə tutulur.

Alsu İsmayılova

Новостная лента

На данный момент новостей в ленте нет...