Təhsil 365 - Logo Mobile

Məşhur rejissor filmində Azərbaycan aşıq musiqisindən istifadə edəcək

8322.10.2025 - 14:50
 Məşhur rejissor filmində Azərbaycan aşıq musiqisindən istifadə edəcək

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kino zalında Azərbaycan Animasiya Assosiasiyası və AKİ-nin birgə təşkilatçılığı ilə Berlin Beynəlxalq Film Festivalında “Gümüş Ayı” mükafatının qalibi, plastilin animasiyası üzrə tanınmış polyak və alman rejissoru İzabella Pluçinska ilə görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə rejissorun dünyanın müxtəlif festivallarında uğur qazanmış filmləri nümayiş olunub.

Nümayişdən sonra İ.Pluçinska komandası ilə yaradıcılıq prosesini əks etdirən kadrların müşayiəti ilə öz üslubu, personajları necə ərsəyə gətirdiyi, plastilinlə işləməyin səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.

Həmçinin İzabella Pluçinska hazırda Respublikasının Kino Agentliyinin dəstəyi ilə Azərbaycan aşıq musiqisi və modern musiqinin sintezi üzərində qurulmuş animasiya filmi üzərində işlədiyini deyib. Azərbaycan-Almaniya və Polşanın müştərək işi olacaq layihənin bəstəkarı Azər Hacıəsgərli, prodüseri Rəşid Ağamalıyevdir.

Aydan Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...