Təhsil 365 - Logo Mobile

“Sən kralsan” – Akademik Musiqili Teatrda premyera olacaq

10522.10.2025 - 18:59
“Sən kralsan” – Akademik Musiqili Teatrda premyera olacaq

24, 25, 26 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış rejissor Ələkbər Tağızadənin librettosu və quruluşunda hazırlanan “Sən kralsan” adlı müzikl-tamaşanın premyerası olacaq.

‘‘Tehsil365’’ bildirir ki, XX əsrin əfsanəvi amerikalı musiqiçisi və aktyoru – “Rok-n-rollun kralı” Elvis Preslinin (1935–1977) ölməz əsərləri əsasında ərsəyə gələn müzikldə onun həyat hekayəsi, kəşməkəşli ömür yolu obrazlı şəkildə təsvir olunub. 

Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, baletmeysteri Kamilə Əliyeva, quruluşçu rəssamı Vüsal Rəhim, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorovadır.

Tamaşada Əməkdar artist İlham Nəzərov, Prezident təqaüdçüsü Atilla Məmmədov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Leonid Klets, Olqa Georgieva, Aydan Həsənova, Sübhan Rüstəmov, Elçin Əhədzadə, həmçinin xor və balet artistləri iştirak edirlər. 

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar.

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...