Təhsil 365 - Logo Mobile

"Beynimizi telefonla keyləşdirərək düşüncələrimizi susdururuq" - Nabat Mirzəyeva

12722.10.2025 - 17:10
"Beynimizi telefonla keyləşdirərək düşüncələrimizi susdururuq" - Nabat Mirzəyeva

“Biz özümüzlə tək qaldığımızda beynimizdəki səslər üzə çıxır. Bu səslər bizi narahat etdiyindən müvəqqəti olaraq telefonu əlimizə alırıq. Ancaq bunu edərkən unuduruq ki, telefondakı səslər beynimizdəki səsləri susdurmur. Onu müvəqqəti olaraq keyləşdirir. Qısa müddətli rahatlığı yaratsa da, uzunmüddətli narahatlığa artırır”.

Bu fikirləri “Tehsil365“ə açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib. O bildirib ki,

“Biz qaçdığımızı hiss edirik və beyin bunu anlayanda sıxılmallar daha çox üzə qalxır. B6iz narahatlığımızı telefonla keyləşdirməyə çalışsaq da, teflonu söndürdükdən sonra yenə həmin məsələ özünü şiddətli şəkildə göstərir”.

Psixoloq əlavə edir ki, qorxmaq bizi daha da pis hala salır:

“Bunun səbəbi isə qorxmağımızdan irəli gəlir. Problemlərimiz bizi sızmasından qorxub onu susdurmağa çalışırıq. Amma daxili səsimiz güclənərək daha da bizi məhv edir”.

“Biz narahatlığımızı həll etmək yerinə onu gizlətməyə çalışdığımızı bildiyimiz üçün bu bizi ikiqat narahat edir”.

Psixoloq hesab edir ki, insan özü ilə üzləşməlidir:

“Bunu həll etmək üçün problemlərimizi aşkarlayıb, analiz edib, aşkarlayıb dərininə enməliyik. Ən önəmlisi özümüzlə üzləşməli yaralarımızı sarımalıyıq. Müəyyən yerlərdə fərqli fikirləşib, baxış bucağımızı dəyişməliyik ki, həqiqi mənada probleminin kökünü görək”.

Nəticə olaraq psixoloq qeyd edir ki, hər zaman mübarizə aparmalıyıq:

“İnsan həyatı heç vaxt qaydalardan, uyunluqlardan ibarət olmayıb. Əksinə enişlərlə yoxuşlara dolu olub. Və belə də, olacaq. Amma biz heç vaxt mübarizədən əl çəkməməliyik”.

Leyla Ağakişiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...