Təhsil 365 - Logo Mobile

İlahiyyatçı-alim vəfat edib

10323.10.2025 - 05:10
İlahiyyatçı-alim vəfat edib

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.

“Tehsil365”xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.

Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi onu Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi.

Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir. (Mənbə: baku.ws)

Nərmin Süleymanlı

Новостная лента

На данный момент новостей в ленте нет...