ABŞ-ın Təhsil Departamenti ixtisarları davam etdirmək üzrədir və növbəti mərhələdə əlavə 500-dən çox işçi yerinin ləğvi nəzərdə tutulur.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu addım xüsusilə əlilliyi olan tələbələr üçün vacib olan “Office of Special Education Programs”un funksionallığını zəiflədə bilər. Ekspertlər bildirirlər ki, belə halda şagirdlər üçün fərdi tədris planlarının hazırlanması, xüsusi dəstək xidmətlərinin göstərilməsi kimi imkanlar ciddi şəkildə məhdudlaşa bilər.