Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ali təhsil müddəti bəzi ixtisaslar istisna olmaqla 6 ildən 4 ilə endiriləcək.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bakalavr pilləsi üçün 3 il, magistratura üçün isə 1 il nəzərdə tutulur. Tibb və digər xüsusi ixtisaslar bu dəyişiklikdən xaric ediləcək. Bəzi məktəblərdə isə 11 illik təhsil sisteminə keçid planlaşdırılır.