Təhsil 365 - Logo Mobile

“Yaradıcı insanlar özlərinə qarşı tənqidi ola bilər”psixoloq Aytən Ələkbərova açıqladı

53323.10.2025 - 09:22
“Yaradıcı insanlar özlərinə qarşı tənqidi ola bilər”psixoloq Aytən Ələkbərova açıqladı

Psixoloqlar bildirir ki, yaradıcılıqla məşğul olan insanlar daxili dünyaları zəngin və fantaziyaları geniş olduğundan, tez-tez özlərinə qarşı tələbkar və tənqidi olurlar. Bu, həm peşə inkişafını stimullaşdırır, həm də psixoloji yorğunluq və tükənmişlik riskini artırır.

Psixoloq Aytən Ələkbərova “Təhsil 365”e verdiyi açıqlamada bildirir ki, yaradıcılıqla məşğul olan insanların fantaziya gücü çox yüksək olur. Bu insanlar daxili dünyası zəngin, emosional cəhətdən həssas və daim düşünən fərdlərdir. Onların təsəvvürləri geniş olduğundan, bu fantaziyalara kənardan müdaxilə olduqda, bəzən özlərinə qarşı daha tələbkar və tənqidi olurlar.

Ələkbərova əlavə edir ki, belə tənqidçilik bəzən onları psixoloji cəhətdən yorsa da, yaradıcı insanlar yenidən fəaliyyətə qayıdır və özlərini ifadə etməyə davam edirlər. Lakin bu proses zamanla psixoloji yorğunluğa və tükənmişlik sindromuna gətirib çıxara bilər. Xüsusilə ideyaların tükənməsi, təkrarlar və daxili narahatlıqlar bu sindromu daha da gücləndirir.

Ssenaristlər, yazıçılar və digər yaradıcı şəxslər bəzən həyatlarında yaşadıqları çətinlikləri, narahatlıqları və suallarını öz əsərlərində əks etdirirlər. Onlar düşündükləri və hiss etdiklərini digərləri düşünmədikdə və ya anlamadıqda, bu zaman ya tənqid olunurlar, ya da təqdir gözləyirlər. Nəticədə, bu şəxslər özlərinə qarşı daha çox tələbkarlıq göstərir və əlavə gərginlik yaşayırlar.

Psixoloq Aytən Ələkbərova vurğulayır ki, yaradıcı insanların özlərinə qarşı tələbkarlığı həm peşəkar inkişafı stimullaşdırır, həm də diqqətlə idarə olunmadıqda psixoloji yorğunluğa səbəb ola bilər. Ona görə də bu şəxslərin həm yaradıcılıq potensialını qorumaq, həm də emosional sağlamlıqlarını müdafiə etmək vacibdir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...