Təhsil 365 - Logo Mobile

Susmaq da bir cavabdır: daxili sakitliyin gücü

5723.10.2025 - 14:53
Susmaq da bir cavabdır: daxili sakitliyin gücü

Bəzən heç nə deməmək, ən ağıllı cavab olur. Susmaq bəzən zəiflik yox, nəzarətdir. Hər söz münaqişəni böyüdə bilər, amma səssizlik çox vaxt düşünmək və dəyərləndirmək imkanı yaradır.

“Tehsil365” araşdırır ki, psixoloqların fikrincə, “emosional zəkalı insanlar” hər zaman danışan deyil, dinləməyi bacaranlardır. Susmaq həm də beyin üçün fasilədir. Sözlər, qəzəb və stress zamanı beyində kortizol hormonu yüksəlir, amma susduqda və dərin nəfəs aldıqda bu hormon azalır.

Lakin susmaq da ölçülü olmalıdır. Uzunmüddətli səssizlik münasibətləri uzaqlaşdırır. Ən sağlam susma, qarşı tərəfi yox, vəziyyəti sakitləşdirmək üçün olandır. Yəni susmaqdan məqsəd “qaçmaq” deyil, “anlamaq” olmalıdır.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...