Təhsil 365 - Logo Mobile

Sarayevoda Zəfər Günü münasibətilə konsert və qəbul keçirilib

9823.10.2025 - 16:53
Sarayevoda Zəfər Günü münasibətilə konsert və qəbul keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert və qəbul təşkil olunub.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə baş tutub.

Mərasimdə Bosniya və Herseqovinanın mədəniyyət və idman naziri, Sarayevo şəhərinin meri, müdafiə nazirinin müavini, hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, EUFOR-un türk batalyonu, ictimaiyyət nümayəndələri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Səfir Vilayət Quliyev çıxışında Zəfər Gününün əsasının 5 il əvvəl sentyabrın 27-də qoyulduğunu, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla mübarizə apardığını qeyd edib. O bildirib ki, Azərbaycanın Ordusu təkcə torpaqları azad etməyib, həm də regionda sülh və sabitliyə töhfə verib. Səfir vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.

Vilayət Quliyev Qarabağın Azərbaycan mədəniyyətinin, xüsusilə musiqi irsinin beşiyi olduğunu diqqətə çatdıraraq, Zəfər bayramının “Qarabağ” ansamblının çıxışı ilə qeyd edilməsinin rəmzi məna daşıdığını bildirib.

Tədbirdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” Muğam Qrupu konsert proqramı ilə çıxış edib. Tamaşaçılara Azərbaycanın qədim muğam ənənəsini əks etdirən musiqi nümunələri təqdim olunub və alqışlarla qarşılanıb. İfaçılara Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimov müşayiət ediblər.

Konsertin ardınca səfirlik tərəfindən Zəfər Gününə həsr olunmuş qəbul keçirilib.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...