Təhsil 365 - Logo Mobile

Keçmişi buraxmaq nə üçün bu qədər çətindir?

5923.10.2025 - 15:40
Keçmişi buraxmaq nə üçün bu qədər çətindir?

“Keçmişi burax” demək asandır, amma həyata keçirmək çox çətindir. Çünki keçmiş yalnız xatirələrdə yox, beyində də iz buraxır. İnsan yaşadığı hər hadisəni emosional yaddaşa yazır. Ağrılı xatirələr bəzən “bağlanmamış dövrlər” kimi içimizdə qalır.

“Tehsil365” araşdırır ki,psixologiyada buna “unfinished emotions” deyilir – tamamlanmamış duyğular. İnsan həmin vəziyyətdə demək, ağlamaq, bağışlamaq istədiyi şeyi edə bilmədiyi üçün, beyin bu hissi saxlayır.

Keçmişi buraxmaq üçün ilk addım onu inkar etməməkdir. Əsl azadlıq unutmaqdan yox, qəbul etməkdən keçir. Hər ağrılı xatirə bizə bir dərs verib. O dərsi görüb qəbul etdikdə, həmin hadisə artıq bizə təsir etmir.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...