Təhsil 365 - Logo Mobile

Hər kəsin içində bir uşaq yaşayır

5523.10.2025 - 15:55
Hər kəsin içində bir uşaq yaşayır

Bəzən bizi incidən sözlər, qırılan ümidlər və ya qorxular – böyüklükdə deyil, uşaqlıqda yaranır. “Daxili uşaq” anlayışı psixologiyada insanın saf, emosional və duyğusal hissəsini ifadə edir.

“Tehsil365” təhlil edir ki,uşaqlıqda eşitmədiyimiz bir “afərin”, ya da almadığımız bir qucaqlaşma illər sonra özgüvən çatışmazlığına çevrilə bilər. Daxili uşaq laqeyd qaldıqda, biz böyüklükdə ya həddindən artıq ehtiyatlı, ya da həddindən artıq duyğusal oluruq.

Bu uşağı sağaltmaq üçün özünə mərhəmətli olmaq lazımdır. Özünə “Səni anlayıram, indi təhlükədə deyilsən” demək, daxili uşağı sakitləşdirir. Hər dəfə qorxduğunda, inciyəndə və ya sevinc hiss etdikdə, əslində o uşaq yenidən oyanır. Onu qorumaq — özünü sevməyin ən gözəl formasıdır.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...