Təhsil 365 - Logo Mobile

Bakı Musiqi Akademiyasında “Kənd namusu” operası səhnələşdirilib

12123.10.2025 - 17:56
Bakı Musiqi Akademiyasında “Kənd namusu” operası səhnələşdirilib

Bakı Musiqi Akademiyasının Opera Studiyasında italyan bəstəkar Pyetro Maskanyinin “Kənd namusu” (“Cavalleria rusticana”) birpərdəli operası nümayiş olunub.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tamaşa ilk dəfə 2015-ci ildə alman rejissoru Lüdviq Bauman tərəfindən Bakıda səhnələşdirilib və o vaxtdan opera sevərlərin marağına səbəb olub.

1890-cı ildə Covanni Verqanın eyniadlı novellası əsasında yazılmış əsər italyan operasında “verizm” cərəyanının əsasını qoyub. Bu istiqamət sonralar Puççini, Çilea kimi bəstəkarların yaradıcılığında və İtaliya kinosunda da öz təsirini göstərib.

Hadisələrin gərgin axarı və emosional musiqi ilə seçilən “Kənd namusu” bu dəfə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Santuzza rolunu Aytac Şixəlizadə, Turiddu obrazını Əməkdar artist Azər Zadə, Alfionu Taleh Yahyayev, Lüçiyanı Əməkdar artist Səbinə Vahabzadə, Lolanı isə Nina Makarova canlandırıblar. İfaçılar rollarının emosional dərinliyini ustalıqla çatdırıblar.

Tamaşanın bədii rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...