27 oktyabr saat 17:00-da Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumu” mövzusunda vebinar keçiriləcək.
“Tehsil365” xəbər verir ki,vebinarda spiker qismində 215 nömrəli tam orta məktəbin musiqi müəllimi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zemfira Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi Şəhla Quliyeva və Təhsil İnstitutunun Əlavə təhsil xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Nərgiz Rəcəbova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

