Təhsil 365 - Logo Mobile

İnsan davranışlarını yönləndirən gizli instinktlər

5724.10.2025 - 14:25
İnsan davranışlarını yönləndirən gizli instinktlər

İnsanın davranışları bəzən məntiqdən çox instinktlərin təsiri altında formalaşır.

“Tehsil365” araşdırır ki, biz düşündüyümüz qədər şüurlu qərarlar vermirik, çünki beyin çox vaxt avtomatik və dərin qatlarda işləyir. Məsələn, təhlükə hiss etdikdə orqanizm dərhal “döyüş və ya qaç” reaksiyasına keçir. Bu, təkamül dövründən gələn müdafiə mexanizmidir. Hətta gündəlik həyatımızda – məsələn, kiminsə baxışından narahat olanda, ya da hansısa səssiz otaqda özümüzü gərgin hiss edəndə – həmin instinktlər yenə də işə düşür.

İnsanın davranışında yemək, sevgi, təhlükəsizlik və qəbul olunma instinktləri mühüm rol oynayır. Hər bir qərar bu ehtiyacların birinə cavab verir. İnsan yalnız o zaman sakit olur ki, bu instinktlər tarazlıqda olur. Bu mexanizmləri başa düşmək həm özümüzü, həm də ətrafımızdakı insanları daha real qiymətləndirməyə kömək edir.


Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...