Təhsil 365 - Logo Mobile

Göz təması və psixoloji təsiri

6524.10.2025 - 14:53
Göz təması və psixoloji təsiri

Göz təması insan münasibətlərində ən güclü ünsiyyət formalarından biridir. Sadəcə bir neçə saniyəlik baxış bəzən min sözün ifadə edə bilmədiyi duyğuları ötürür.

“Tehsil365” psixoloqlar deyirlər ki, göz təması qarşılıqlı etimadı artırır, beyində oksitosin hormonunun ifrazını gücləndirir. Bu da yaxınlıq və rahatlıq hissi yaradır.

Maraqlıdır ki, göz təmasından qaçan insanlar çox vaxt ya narahatlıq, ya da özünə inamsızlıq yaşayırlar. Eyni zamanda, həddindən artıq baxmaq da qarşı tərəfdə təzyiq və qorxu yarada bilər. Hər şeydə olduğu kimi, burada da balans vacibdir. Sevgi münasibətlərində və dostluqda baxışlar vasitəsilə ötürülən enerji sözsüz bir bağ yaradır. Bu səbəbdən insanın baxışı bəzən onun ruh halını birbaşa ələ verir.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...