Təhsil 365 - Logo Mobile

Travmadan sonra insan psixikasında baş verən dəyişikliklər

5724.10.2025 - 15:20
Travmadan sonra insan psixikasında baş verən dəyişikliklər

Travma yalnız hadisənin özünü deyil, onun insanın şüurunda və duyğularında buraxdığı izləri də əhatə edir.

“Tehsil365” araşdırır ki,bir çox insan travmadan sonra əvvəlki kimi düşünə və hiss edə bilmir. Beyin hadisəni unutmaq istəsə də, bədən onu xatırlamağa davam edir. Məhz buna görə də travma yaşayan insanlar bəzən səbəbsiz qorxu, yuxusuzluq və ya əsəbilik hiss edirlər.

Psixologiyada bu hal “travma sonrası stres pozuntusu” adlanır. Bəzi insanlar bu vəziyyətdən çıxmaq üçün danışmaq, bəziləri isə susmaq yolunu seçir. Amma sağalmanın əsas mərhələsi – baş verəni qəbul etmək və onu danışa bilməkdir. Travmadan sonra insanın dəyərləri, münasibətləri və baxışları da dəyişə bilər. Əslində bu, həyatın yeni mərhələsinə keçid üçün daxili yenilənmə prosesidir.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...