Təhsil 365 - Logo Mobile

İnzibati dövlət qulluğu imtahanına buraxılış vərəqələri təqdim edilib

10224.10.2025 - 17:36
İnzibati dövlət qulluğu imtahanına buraxılış vərəqələri təqdim edilib

İnzibati dövlət qulluğu vəzifələrinin A (AB, AC) və B (BA, BB) növü üzrə 6 noyabr 2025-ci il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...