Son dövrlərdə ədəbiyyata marağın artması ilə paralel olaraq, Wattpad platformasında Azərbaycanlı yazıçıların da sayı əhəmiyyətli dərəcədə çoxalıb.
"Tehsil365" məlumat verir ki, gənc və istedadlı yazarlar öz əsərlərini bu rəqəmsal platforma vasitəsilə oxucularla bölüşərək, geniş auditoriya qazanırlar.
Məlumata görə, ən çox oxunan yazıçılar arasında:
- Amid Səlimoğlu – "Sen benim 7.günümsün" adlı əsəri ilə 166 baxış,
- Pərviz Rzalı – "Gecə Ovçusu" əsəri ilə 1900+ baxış,
- C. Gülbadam – "Detektiv Alia" ilə 770 baxış,
- Rəvanə Kərimova – "Qanlı Qədəh" adlı əsəri ilə 19.700+ baxış,
- Şəhram Sadıqzadə – "Güzgü" adlı əsəri ilə 333 baxış toplayıb.
Bu uğurların nəticəsi olaraq Wattpad platformasında “Azərbaycan” adlı xüsusi kateqoriya yaradılıb. Artıq bütün Azərbaycanlı yazarlar bu kateqoriyada toplanaraq öz əsərlərini daha rahat paylaşa və oxucu kütləsinə daha asanlıqla çata bilirlər.
Bu addım həm milli ədəbiyyatın tanıdılması, həm də gənc yazarların dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

