Təhsil 365 - Logo Mobile

Gənclik dövrü: kimliyini axtaran insanın iç dünyası

5925.10.2025 - 14:25
Gənclik dövrü: kimliyini axtaran insanın iç dünyası

Gənclik dövrü insan həyatının ən mürəkkəb və eyni zamanda ən yaradıcı mərhələsidir. Bu dövrdə insan “mən kiməm?” sualına cavab tapmağa çalışır. Düşüncələr dəyişir, baxışlar formalaşır, dünyaya münasibət yenidən qurulur. Bəzən bu prosesdə gənc özünü itmiş hiss edir, çünki həm cəmiyyətin, həm ailənin, həm də öz istəklərinin arasında qalır.


“Tehsil365”in araşdırmasına görə,psixoloqlar gənclik dövrünü “kimlik böhranı” mərhələsi adlandırırlar. Bu böhran insanı ya gücləndirir, ya da içindəki ziddiyyətlərlə mübarizəyə aparır. Gəncin ən böyük ehtiyacı — öz dəyərini tapmaq və qəbul olunmaqdır. Bu ehtiyac qarşılanmadıqda, insan gələcəkdə özünə inamsız, ya da sosial baxımdan qorxaq ola bilər. Ona görə də bu dövrdə özünü tanımaq, bacarıqları kəşf etmək və səhvlərdən qorxmamaq çox vacibdir.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...