Təhsil 365 - Logo Mobile

Sosial medianın gənc beyinlərə təsiri

6125.10.2025 - 14:46
Sosial medianın gənc beyinlərə təsiri

Bugünkü gənclik “rəqəmsal nəsil” adlanır. Sosial media həyatın hər sahəsinə nüfuz edib, lakin onun psixoloji təsirləri hələ də tam dərk olunmur. İnstaqramdakı mükəmməl şəkillər, “like” sayı, izləyici rəyləri — bütün bunlar gəncin özünü dəyərləndirmə formasına təsir göstərir.

“Tehsil365” araşdırır ki, bir çox gənc sosial mediada özünü başqaları ilə müqayisə edir və nəticədə daxili narazılıq hissi yaşayır. Bu, “virtual öz”lə “real öz” arasında ziddiyyət yaradır. Sosial mediadan tam uzaqlaşmaq mümkün olmasa da, onunla sağlam münasibət qurmaq lazımdır. Məsələn, onlayn vaxtı məhdudlaşdırmaq, müsbət kontentlər izləmək və reallığı unutmamaq. Unutmaq olmaz ki, heç bir filtr, gəncin gerçək həyatdakı dəyərini azalda bilməz.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...