Təhsil 365 - Logo Mobile

Qorxu və təzyiqlərlə böyüyən gənclik

6825.10.2025 - 15:07
Qorxu və təzyiqlərlə böyüyən gənclik

Gənclərin bir çoxu uşaqlıqdan gələn qorxuların təsiri altında yaşayır: “bacarmasam?”, “ayıbdı”, “valideynim bəyənməz”. Bu cür qorxular zamanla insanın daxili potensialını məhdudlaşdırır. Cəmiyyətin “nə deyərlər” düşüncəsi də gənclərin qərarlarına təsir edir və onları öz arzularından uzaqlaşdırır.

“Tehsil365” araşdırıb ki, psixoloji baxımdan bu hal “özünüsenzura” adlanır — yəni insan daxildə özünü məhdudlaşdırır. Hər bir gənc bilməlidir ki, səhv etmək inkişafın bir hissəsidir. Qorxuların üzərinə getmək, onları anlamaq və tədricən azaldmaq gəncin güclənməsi üçün vacib addımdır. Çünki qorxu ilə deyil, təcrübə ilə yetişən gənclik sabahın inamlı cəmiyyətini yaradır.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...