Təhsil 365 - Logo Mobile

Gənclikdə psixoloji balansı qorumağın yolları

6125.10.2025 - 15:46
Gənclikdə psixoloji balansı qorumağın yolları

Gənclik dövrü sürətli dəyişikliklər mərhələsidir. Duyğular da, məqsədlər də tez-tez dəyişir. Bu dövrdə balansı qorumaq üçün bir neçə əsas psixoloji qayda mövcuddur.

“Tehsil365” həmin psixoloji qaydaları təqdim edir:

Birincisi — duyğularını tanımaq. Hisslərini dərk etməyən insan onları idarə edə bilmir.

İkincisi — bədən və zehnin əlaqəsini unutmamaq. Sağlam yuxu, idman və düzgün qidalanma beyindəki stress hormonlarını azaldır.

Üçüncüsü — reallıqdan qaçmamaq. Hər bir problem həyat dərsidir və onu qəbul etmək böyüməyin bir hissəsidir.

Balans tapmaq, gənclik dövrünün ən çətin, amma ən gözəl bacarığıdır. İnsan bu bacarığı qazandıqda, artıq gələcəkdə qarşısına çıxan çətinliklər onu sarsıda bilmir.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...